Ağdaş sakinini  "tok " vurub

12:34 23.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kotanarx kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Yolçuyev Bulud Ağamir oğlu yaşadığı evdə elektrik cihazını təmir edərkən onu cərəyan vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.